Bakıda yolun hərəkət hissəsində park edilmiş avtomobil bir neçə küçədə tıxaca səbəb olub


İqtisadiyyat 21 Noy 2019 17:31:09 371 0

Bakıda yolun hərəkət hissəsində park edilmiş avtomobil bir neçə küçədə tıxaca səbəb olub

Bir qədər əvvəl Bakının Əziz Əliyev küçəsində "Porsche Cayenne" markalı minik avtomobilin yolun hərəkət hissəsində park edilib, bu isə həmin və digər küçələrdə hərəkəti tam iflic edib

Bir qədər əvvəl BakınınƏziz Əliyev küçəsində "Porsche Cayenne" markalı minik avtomobili yolun hərəkət hissəsində park edilib, bu isə həmin və digərküçələrdə hərəkəti tam iflic edib.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Onun sözlərinə görə, xüsusilə İstiqlaliyyət küçəsindən Neftçilər prospekti istiqamətində hərəkət tamamilə dayanıb, yüzlərlə insan tıxacda qalıb. Agentliyinəməkdaşlarının müdaxiləsi ilə yollarda hərəkət bərpa edilib, yolu bağlamış nəqliyyat vasitəsi qanunvericiliyə uyğun olaraq, mühafizə olunan duracağa aparılıb.