Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir


Digərləri 15 Noy 2019 11:49:00 380 0

Sumqayıtda kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi keçirilir

Noyabrın 15-də qadın idman gimnastikası üzrə “balacalar”, “uşaqlar”, “yeniyetmələr” və “gənclər” yaş qruplarında yarışlar keçirilir

Bakı. Cani Babayeva - 15-16 noyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində dörd gimnastika növü – kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi keçiriləcək. Trend-in məlumatına görə, noyabrın 15-də qadın idman gimnastikası üzrə “balacalar”, “uşaqlar”, “yeniyetmələr” və “gənclər” yaş qruplarında yarışlar keçirilir. Kişi idman gimnastikası üzrə gimnastlar “balacalar”, “uşaqlar”, “yeniyetmələr”, “gənclər” və böyüklər yaş qruplarında iştirak edir. Noyabrın 16-da isə akrobatika gimnastikası üzrə 26-cı Azərbaycan və açıq Bakı çempionatı və aerobika gimnastikası üzrə Azərbaycan çempionat və Bakı birinciliyi yarışları baş tutacaq.