Bakıdan oğurluq üçün İstanbula getdilər


Dünya 07 Noy 2019 10:55:00 265 0

Bakıdan oğurluq üçün İstanbula getdilər

İstanbulda tekstil və yükdaşıma şirkətlərindən 250 min dollarlıq oğurluq edən dəstə polis tərəfindən ifşa edilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, oktyabrın 8-də Fateh adlanan ərazidə yerləşən tekstil şirkəti maskalı və silahlı iki şəxs tərəfindən qarət olunub. Onlar mağazadan 130 min dollar oğurlayıblar.

Noyabr 1-də yenə həmin ərazidə yükdaşıma şirkətinə hücum edən oğrular oradan 120 min dollar götürüblər.

Hər iki mağazada soyğunçuluq anı təhlükəsizlik kameraları tərəfinindən qeydə alınıb. Polis tərəfindən aparılan araşdırmalar nəticəsində Vəli. V adlı azərbaycanlı tutulub. Məlum olub ki, hər iki mağazadan oğurluq edən şəxslər eyni dəstənin üzvləridir.

(adsgarden = window.adsgarden || []).push({});