Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi


Kriminal 07 Noy 2019 10:43:00 295 0

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib. 

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib. 

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb.