Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib


Digərləri 07 Noy 2019 10:45:00 213 0

Tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayev Heydər Əliyev Mərkəzində çıxış edib

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib.

Bakı. Noyabrın 6-da Heydər Əliyev Mərkəzində ABŞ-da yaşayan tanınmış pianoçu və bəstəkar Ruslan Ağababayevin konserti keçirilib. Trend-in məlumatına görə, Ruslan Ağababayev etnik, caz və klassik musiqilərdən ibarət proqram təqdim edib. Pianoçu konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Xalq artistləri İlqar Muradov, Tünzalə Ağayeva, Ənvər Sadıqov, eləcə də tanınmış makedoniyalı klarnet ustası İsmail Lumanovski konsertin qonaq ifaçıları olub. Qeyd edək ki, Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb. (adsgarden = window.adsgarden || []).push({}); Repertuarına öz kompozisiyaları, Astor Piazzolla, Mişel Leqran, Qara Qarayev və digər bəstəkarların əsərlərinə interpretasiyalar daxildir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin