SOCAR prezidenti: Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb


Digərləri 07 Noy 2019 09:48:37 370 0

SOCAR prezidenti: Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb

SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb.

Bakı. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20 faizdən çox artıb. Trend-in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev “Neft Daşları”nın 70 illik yubileyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olarkən deyib. R.Abdullayev bildirib: "Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur". Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanıb, noyabrın 7-də qazma işi uğurla başa çatdırılıb və yatağın işlənməsinə start verilib.