Paytaxtda yayılan qorxulu xəstəlik


Digərləri 04 Noy 2019 13:30:00 340 0

Paytaxtda yayılan qorxulu xəstəlik

Tanınmış həkim onun adını dedi və iki səbəb gətirdi; "Yaxşı olardı ki, immuniteti zəif olan insanlar vitamin həblər qəbul etsinlər..."

Adəti üzrə payız mövsümü özü ilə bərabər bir çox xəstəliklər də gətirir. Havaların dəyişkən keçməsi nəticəsində həm böyüklər, həm də uşaqlar arasında öskürək, soyuqdəymə kimi xəstəliklərin yayılması artır. Xüsusən də son günlər güclü öskürəklə müşayiət olunan virusların da artdığı müşahidə olunmaqdadır. Bəs bu cür viruslardan özümüzü necə qoruyaq?

Son.az xəbər  verir ki, mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla "Yeni Müsavat"a danışdı:

"Payız mövsümü başlayanda adətən soyuqdəymə halları tez-tez baş verir. Doğrudur, payızın ilk ayı çox isti keçdi, bu da öz təsirini göstərir. Belə ki, hava müəyyən saatlarda isti olur, bir qədər keçdikdən sonra isə birdən-birə hava soyuyurdu. Beləliklə, insanlar  geyim məsələsindən çaşqın qalırdılar və havaya uyğun doğru geyim seçmirdilər. Seçilən geyim gün ərzində baş verəcək müəyyən temperaturlara uyğun olmalıdır.

Digər tərəfdən, payız mövsümü başlayanda meyvə-tərəvəz azalır, immun sistemi nisbətən zəifləyir. Bu da ki, soyuqdəyməyə gətirib çıxarır. Bəziləri bunu qrip adlandırır, amma əslində tibbi adı kəskin respirator xəstəliyidir. Bu zaman boğazdakı viruslar aktivləşir və burun axması, öskürək, nəfəs yollarının qıcıqlanması, hərarətlə müşahidə olunur. Bu əlamətləri görəndə insanlar onu qrip adlandırır. Qeyd etdiyim kimi bu, qrip deyil. Adətən qrip infeksiyası olanda bütün dünya bu barədə məlumat verir".

Tanınmış həkim viruslardan qorunmağın yollarından da söz açdı: