Rusiyada məsciddə yanğın


Dünya 04 Noy 2019 13:25:00 260 0

Rusiyada məsciddə yanğın

Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğın 15 kvadrat metr ərazini əhatə edib.

Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.