Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB?


Digərləri 04 Noy 2019 13:21:54 282 0

Şamaxıda 9 kənddə qaz yoxdur - SƏBƏB?

Axşam bərpa olunan qaz xətti səhər saatlarında yenidən qırılıb.

Bakı. Axşam bərpa olunan qaz xətti səhər saatlarında yenidən qırılıb. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Şamaxı rayonunda Cabanı-Əngəxaran avtomobil yolunun tikintisini icra edən təşkilata məxsus texnika ilə 160 mm diametrində polietilen “Çuxuryurd-Sabir” qaz xəttini yenidən zədələyiblər. Xatırladaq ki, dünən anoloji hadisə 3-cü dəfə idi ki, təkrarlanırdı. Buna baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin texnikası və işçi heyəti qəzanın fəsadlarının aradan qaldırılması üçün səfərbər olunmuşdu və noyabrın 3-də saat 20:00-da qazın verilişi bərpa olunmuşdu. Bu gün səhər saatlarında isə “Çuxuryurd-Sabir” qaz xəttini yenidən eyni təşkilat zədələyib.