Güclü külək əsəcək


Digərləri 04 Noy 2019 13:13:00 290 0

Güclü külək əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər yağışın tədricən kəsiləcəyi, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəçəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-17, Bakıda gecə 9-11, gündüz 15-17 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 766 mm civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gecə və səhər Lənkəran-Astara zonasında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.