“Bu, xəyanətə bərabərdir” – Məşhur mafia liderindən Azərbaycandakı mitinqlə


Digərləri 31 Okt 2019 14:19:00 354 0

“Bu, xəyanətə bərabərdir” – Məşhur mafia liderindən Azərbaycandakı mitinqlə

https://yenisabah.az/bu-xeyanete-beraberdir

Türkiyənin kriminal aləminin liderlərindən olan Sedat Peker Azərbaycanda 2 noyabra təyin olunmuş razılaşdırılmamış etiraz aksiyası haqqında danışıb. 

Son.az cebhe.info-ya istinadən xəbər verir ki, məşhur mafia lideri Azərbaycan vətəndaşlarına sosial şəbəkədən çağırış edərək bu sözləri deyib:

"Əziz dostlar, şanlı ölkəmizi dəstəkləyən, imperializmin zülmünə qarşı çıxan qardaş Azərbaycanın küçələrini qarışdırmaq cəhdini siz də müşahidə edirsiniz. Sözü usatmadan bildirmək gərəkir ki, bu hadisələrin Azərbaycan üçün "Gəzi hadisələri"dir. Yaxşı niyyətlə öz hüquqları uğrunda mübarizə aparanlardan istifadə edərək Azərbaycanı xaosa sürükləmək istəyirlər. Azərbaycanda bir neçə ay əvvəl qazilərə qarşı edilən davranış yanlış idi, amma bu davranışı əlində bayraq edib ölkəni xaosa sürükləmək birbaşa xəyanətə bərabərdir. 

Haqqı uğrunda yola çıxdığını söyləyən saf qardaşlarım, bu yalana inanarsanız sabah haqqı axtardığınız ölkənin belə qalmayacağını görəcəksiniz. İmeralistlərin oyuncağı olacağınızı indidən görümürsünüzmü? Azərbaycandakı bütün qardaşlarıma səslənirəm. Hər kəs bu yalanın bir parçası olmağı qəbul etsə də, DİFAİ təşkilatını qurub vətəni müdafiə edən gəncəli milliyətçilərlə bərabər, bütün dünyadakı türk millətçiləri Azərbaycanı və onun Prezidenti İlham Əliyevi ölümünə qoruyacaqlar. Azərbaycanın milliyətçi can qardaşları, bunu yaxşı bilin ki, təsbehin muncuqları gedərsə, təsbeh dağılar".