SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək


Digərləri 31 Okt 2019 13:17:00 450 0

SOCAR Antipinski NEZ-in idarəetmə səriştəsini təmin edəcək

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub.

Bakı. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) lazımi prosedurları başa vuraraq, Rusiyada “SOCAR Enerqoresurs” MMC qrupunun minoritar iştirakçısı olub. Trend SOCAR-a istinadən xəbər verir ki, “SOCAR Enerqoresurs” MMC qrupu Antipinski Neft Emalı Zavodunu və Orenburq vilayətində 45 mln. ton təsdiqlənmiş neft ehtiyatı olan üç yatağın aktivlərini birləşdirir. SOCAR-ın bu layihədə əsas rolu Antipinski NEZ-in idarəetmə səriştəsini təmin etməkdən ibarətdir. Bildirilib ki, sazişin strukturu baxımından SOCAR-ın Antipinski NEZ-də iştirakı onun üçün zavodun əvvəlki borcları ilə bağlı risklər yaratmır.