Azərbaycana səfər edən amerikalı turistlərin sayı 8 faiz artıb


Digərləri 30 Okt 2019 19:15:07 318 0

Azərbaycana səfər edən amerikalı turistlərin sayı 8 faiz artıb

Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 % artım deməkdir.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ turistlərinin sayı 15 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 8 % artım deməkdir. Trend-in məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüşdə deyib. Görüşdə xarici qonaqlar ABŞ-da Azərbaycan haqqında təqdimatların keçirilməsini və ölkənin turizm potensialının təbliğinin yəhudi icması arasında genişləndirilməsini təklif ediblər.