Rusiyada yanğınsöndürən avtobusla toqquşdu


Dünya 30 Okt 2019 18:39:00 349 0

Rusiyada yanğınsöndürən avtobusla toqquşdu

Rusiyanın Tomsk şəhərində yanğınsöndürən maşın sərnişin avtobusu ilə toqquşub.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, nəticədə 17 nəfər yaralanıb. Onlardan 2-si azyaşlıdır. Yaralılardan 14-ü xəstəxanaya yerləşdirilib, 3-nə hadisə yerində ilkin tibbi yardım göstərilib.

Rusiya İstintaq Komitəsi faktı araşdırır. Hadisə yerində kriminalistlər və müstəntiqlər çalışır.

Son.az