Röyayla Aygün Bəylərin mehriban vaxtları...


Şou-biznes 30 Okt 2019 17:44:00 329 0

Röyayla Aygün Bəylərin mehriban vaxtları...

İllərdir küsülü olan Xalq artisti Röya Ayxan və Əməkdar artist Aygün Bəylərin arxiv görüntüləri yayılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar 14 il öncə AzTV-də yayımlanan "Sən bir nəğmə" proqramında qonaq olub.

Həmin dövrlər yeni solo fəaliyyətə başlayan Röya proqramın formatına uyğun olaraq A.Bəylərlə duet şəklində ifalar edib.

Qeyd edək ki, həmkarların münasibəti bir neçə il sonra xanəndənin "Röyaya qulaq asanlar elə onun səviyyəsində olanlardır" açıqlamasından sonra pozulub. Onlar bir neçə dəfə televiziya vasitəsilə bir-biri haqda qalmaqallı ifadələr işlədiblər.

(adsgarden = window.adsgarden || []).push({});