Xarkovda Nizami Gəncəvinin heykəli ucaldılacaq (FOTO)


Digərləri 30 Okt 2019 17:37:00 453 0

Xarkovda Nizami Gəncəvinin heykəli ucaldılacaq (FOTO)

Ukraynanın Xarkov şəhərində dahi mütəfəkkir Nizami Gəncəvinin heykəlinin ucaldılmasına dair razılıq əldə edilib

Bakı. Ukraynanın Xarkov şəhərində dahi mütəfəkkir Nizami Gəncəvinin heykəlinin ucaldılmasına dair razılıq əldə edilib. Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, Ukraynanın ikinci böyük şəhəri olan Xarkov şəhərində Nizami Gəncəvi adına parkın açılması və orada dahi mütəfəkkirin heykəlinin ucaldılması planlaşdırılır. Bu barədə ilkin razılaşma Xarkov şəhər meri Gennadi Kernes ilə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev arasında keçirilən görüşdə əldə edilib. Müzakirələr zamanı A.Xudiyev bildirib ki, səfirlik Xarkov şəhərində Azərbaycana dair parkın açılmasına investisiyanın qoyulmasına hazırdır. “Azərbaycan və Ukrayna arasında bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də uğurlu birgə layihələr həyata keçirilir. Hər iki ölkənin regionları arasında əməkdaşlıq daha da gücləndirilməlidir”, deyə səfir əlavə edib. (adsgarden = window.adsgarden || []).push({}); G.Kernes öz növbəsində bildirib ki, Xarkov şəhərində metropolitenin yenilənməsi, yeni metro xətlərinin açılması, parkların salınmasında Azərbaycan şirkətlərinin iştirakında maraqlıdırlar: “Xarkovda infrastruktur layihələrin işində Azərbaycan şirkətlərini iştirak etməyə çağırıram. Biz bilirik ki, Azərbaycanda uğurlu infrastruktur layihələr həyata keçirilir. Azərbaycan modelinin Xarkovda tətbiqində maraqlıyıq”. Görüşdə azərbaycanlı tələbələrin Xarkovda təhsil məsələləri və digər qarşılıqlı maraq doğuran mövzular da müzakirə edilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin