Oğuzda 6cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb


Digərləri 30 Okt 2019 16:24:00 367 0

Oğuzda 6cı sinif şagirdi məktəbdə ağır xəsarət alıb

Oğuz rayonunda şagird orta məktəbdə xəsarət alıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Oğuz rayonu 3 saylı orta məktəbdə baş verib.

Məktəbin 6-cı sinif şagirdi, 2008-ci il təvəllüdlü Elnarə Şəfiyeva idman dərsi zamanı stadionda qapı dirəyinə çırpılıb. Hadisə nəticəsində şagird kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Hazırda şagirdin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.