Məşhurlarımız sonucu dəfə hansı kitabı oxuyublar?


Şou-biznes 30 Okt 2019 16:05:00 381 0

Məşhurlarımız sonucu dəfə hansı kitabı oxuyublar?

Ölkə.az sənət adamlarına "Sonuncu dəfə hansı kitabı oxumusunuz" sualıyla müraciət edib.

Milli.z cavabları olduğu kimi təqdim edir.

Müğənni Afət Fərmanqızı:  

''Mən mütaliəni sevən insanam. Ən sevdiyim əsər Lev Tolstoyun ''Anna Karenina'' əsəridi. Dəfələrlə kitabını oxuyub, filminə baxmışam. Lakin son 4-5 ay olar ki, kitab oxumağa vaxtım olmur. Təsəvvür edin ki, mən kəndimizin kitabxanasındakı kitabları oxuyub bitirmişdim, sonra Tovuz rayonunun mərkəzi kitabxanasını oxuyub bitirdim, sonra da gəldim Bakıda 'Axundov' adına kitabxanaya yazıldım. Şou-biznesnesdə mənim qədər kitab oxuyan ikinci bir insan hələ görməmişəm. Siz müğənnilərin ''İnstagram''da yazdığı sözlərə fikir verin, görün mənim qədər durğu işarələrindən, düzgün yazılışdan istifadə edən varmı? Görün nə qədər savadsızca yazı yazırlar. Mən onları qınamıram.  Çünki onların əksəriyyətinin qrammatik savadı yoxdu. Şou-biznesdə mənim qədər düzgün yazanı da, elmlisi də yoxdur. Uğurlu insan olmağımın arxasında savadım dayanır. Mən gedib tum da satsam, bilirəm ki, hamı gəlib məndən tum alacaq. Mən ali təhsilli müəlliməyəm. Siz barmağınızı qatlayın, görü şou- biznesdə həqiqi savadla diplom almış neçə nəfər var? Savadlı olmamaq ayıb deyil, lakin savadlı olmayıb savadlılara meydan oxumaq,bax, o ayıbdı''. 

Əməkdar artist, xanəndə Elnarə Abdullayeva:

"Vallah son oxuduğum heç bir kitab yoxdur. Yalandan ağlıma gələni danışa bilmərəm mən. Kitab oxumağa vaxtım yoxdur. Vaxt tapanda qəzəllər, şeirlər əzbərləyirəm". 

Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova:

"Son oxuduğum kitab Çingiz Abdullayevin ''Bakinski bulvar'' əsəridir. Ondan əvvəl isə İsa Muğannanın ''İdeal'' romanını oxumuşam. Vüktor Hüqo, Cek London, Çingiz Aytmatov və Dostoyevski sevdiyim yazıçılardır". 

Meyxanaçı Samirə Yusifqızı: