Mourinyo Arsenal-ı çalışdıra bilər


İdman 30 Okt 2019 15:16:00 821 0

Mourinyo Arsenal-ı çalışdıra bilər

Joze Mourinyo karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

Goal.az “The Sun”a istinadən xəbər verir ki, 56 yaşlı portuqaliyalı mütəxəssisin Arsenal-ın sükanı arxasına keçmə ehtimalı var. Onun London komandasını yaxından izlədiyi və rəsmi təklifə açıq olduğu bildirilir.

Arsenal-ın hazırkı baş məşqçisi Unay Emeri son vaxtlar uğursuz nəticələrə görə tənqidlə üzləşib. “Topçular” İngiltərə Premyer Liqasında geridə qalan 10 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıblar.

Qeyd edək ki, ötən ilin dekabrında uğursuz nəticələrlə əlaqədar Manchester United-in baş məşqçi postundan kənarlaşdırılmış Joze Mourinyo Chelsea-yə də rəhbərlik edib. O, həmçinin vətənində Porto, İtaliyada İnter, İspaniyada isə Real Madrid kimi klublarda çalışıb.