“San Siro” stadionu sökülməyəcək


İdman 30 Okt 2019 14:08:00 840 0

“San Siro” stadionu sökülməyəcək

İtaliyanın Milanİnter klublarının birgə istifadə etdiyi “San Siro” stadionu sökülməyəcək.

Goal.az xəbər verir ki, bu barədə Milan Şəhər Soveti qərar çıxarıb.

“Football Italia”nın məlumatına görə, sözügedən qurumda bu arenanın sökülməsi və ya qalması ilə bağlı səsvermə keçirilib. Əksəriyyət stadionun saxlanılmasını istəyib. Bu üzdən də arena mövcudluğunu qoruyacaq.

Qeyd edək ki, bir neçə ay öncə İnter-lə Milan rəhbərliyi “San Siro”nun sökülməsi ilə bağlı ortaq razılığa gəlmişdi. Sözügedən klublar bu stadionun yerində daha müasir və böyük bir arena inşa etməyi planlaşdırmışdılar.

Şəhər rəhbərliyinin bu qərarından sonra İnter və Milan klublarının yeni arena ilə bağlı hansı addımı atacağı maraqla gözlənilir.