Stadiona təyyarə qəzasında ölən futbolçunun adı veriləcək


İdman 30 Okt 2019 13:45:00 902 0

Stadiona təyyarə qəzasında ölən futbolçunun adı veriləcək

Argentinanın San Martin Progreso klubu mərhum futbolçu Emiliano Salanın xatirəsinə stadionunun adını dəyişəcək.

Goal.az xəbər verir ki, stadionun adının dəyişdirilməsi Salanın doğum gününə – oktyabrın 31-nə planlaşdırılır. Stadion Salanın adını daşıyacaq. Bundan əlavə, mərhum argentinalı hücumçunun xatirəsi stadionun divarlarında qrafitlərlə əbədiləşdiriləcək.

Emiliano Sala gənc yaşlarında məhz San Martin Progreso klubunun formasını geyinib.

Sala Nantes-dən Cardiff City-yə 15 milyon funt-sterlinqə transfer edilmişdi. O, müqavilə imzaladıqdan sonra yarımçıq qalan işlərini həll etmək üçün Nant şəhərinə qayıtmışdı. Lakin yanvarın 21-də pilot David İbbotsonun idarə etdiyi ABŞ istehsalı olan “Piper-P46 Malibu” markalı təyyarə La-Manş boğazında radardan itmişdi. Daha sonra Salanın cəsədi qəzaya uğrayan təyyarənin dağıntıları arasında tapılıb.