İbrahimoviç İspaniyaya geri qayıdır


İdman 30 Okt 2019 12:34:00 869 0

İbrahimoviç İspaniyaya geri qayıdır

ABŞ-ın Los-Angeles Galaxy klubunun hücumçusu Zlatan İbrahimoviç yeni açıqlama ilə diqqət çəkib.

Goal.az xəbər verir ki, 38 yaşlı forvard “İnstaqram” səhifəsi vasitəsi ilə maraqlı paylaşım edib.

İsveçli superulduz qısa videoda İspaniyaya qayıdacağını deyib: “Salam, İspaniya. Nə olduğunu təxmin et. Mən geri qayıdıram”.

Qeyd edək ki, Zlatan İbrahimoviçin hazırkı klubu ilə müqavilə müddəti dekabrın 31-nə qədərdir. O, 2009-2011-ci illərdə İspaniyada Barcelona-nın formasını geyinib.