ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib


Digərləri 30 Okt 2019 12:13:00 357 0

ÜST-nin Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib.

Bakı. İlhamə İsabalayeva - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinə beynəlxalq status verilib. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib. H.Harmancı qeyd edib ki, beynəlxalq status verilənədək nümayəndəliyə Azərbaycan vətəndaşı olan şəxslər rəhbər təyin edilirdilər. Amma beynəlxalq status verildiyi üçün artıq ÜST-nin Azərbaycan nümayəndəliyinə xarici ölkə vətəndaşları rəhbər təyin edilirlər. Bu prosedurun BMT tərəfindən müəyyən edildiyini qeyd edən H.Harmancı əlavə edib ki, yerli nümayəndəliyin üzərindən beynəlxalq status götürülməyənə qədər ona yalnız xarici ölkə vətəndaşları rəhbər təyin ediləcəklər. O, BMT İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinə də beynəlxalq statusun verildiyini xatırladıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin