Səhiyyə Nazirliyindən avtomobillə vurulan Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı RƏSMİ açıqlama
Digərləri 30 Okt 2019 12:02:00 286 0
Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən KTM-ə gətirilib
Bakı. İlhamə İsabalayeva -
Hüquq müdafiəçisi Oqtay Gülalıyev gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar.
Bu barədə Trend-ə Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata görə, xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb:
(adsgarden = window.adsgarden || []).push({});
"Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan "City Hospital"a köçürüblər. Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az