UEFA irqçiliyə görə Bolqarıstanı cəzalandırdı


İdman 30 Okt 2019 11:18:00 817 0

UEFA irqçiliyə görə Bolqarıstanı cəzalandırdı

UEFA Bolqarıstan yığmasını cəzalandırıb.

Goal.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində İngiltərə ilə ev oyununda qonaq komandanın üzvlərinə qarşı azarkeşlər tərəfindən göstərilən irqçi davranışla əlaqədar bolqarlara 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.

Bu oyunlardan biri mütləq cəzadısa, digəri 2 il müddətinə ertələnib. Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, ertələnmiş bir oyun da həmin cəzaya əlavə olunacaq.

UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.

Xatırladaq ki, Sofiyadakı Vasil Levski adına stadionda keçirilən Bolqarıstan – İngiltərə oyunu qonaqların 6:0 hesablı qələbəsiylə başa çatmışdı. Həmin qarşılaşmada Tayron Minqs və Rahim Sterlinq irqçiliyə məruz qalmşdı. Top hər dəfə onların ayağına gəldikdə azarkeşlər meymun səsi çıxarmışdılar ki, buna görə hakimlər hətta bir neçə dəfə oyunu da dayandırmaq məcburiyyətində qalmışdı.