“Düşmən düşərgələrində balalayıb, cəmiyyətimizə sızdırılıblar”


Digərləri 30 Okt 2019 10:15:00 313 0

“Düşmən düşərgələrində balalayıb, cəmiyyətimizə sızdırılıblar”

Aparıcı Aytən Səfərova paylaşımı ilə diqqətləri üzərinə toplayıb.

Son.az axşam.az-a istinadən bildirir ki, o, sosial media hesabında aktyor Taleh Yüzbəyovun "Zəhər tuluğu" qısametrajlı filmindən görüntüləri izləyiciləri ilə bölüşüb.

Videoda aktyor yoldan keçən qıza söz atan oğlana sillə vurur. Aytən həmin səhnəyə belə şərh verib:

"Ölkəyə belələri dolub. Elə bil düşmən düşərgələrində balalayıb, cəmiyyətimizə sızdırılıblar. Sillənin səsi ləzzət edir".