Nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər


Dünya 30 Okt 2019 09:47:00 394 0

Nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər

Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ekvador prezidenti Lenin Moreno Silahlı Qüvvələrin nümayəndələri ilə görüşü zamanı deyib.

L.Moreno nümayişlər zamanı 80 hərbçinin yaralandığını qeyd edib.

Qeyd edək ki, L.Moreno oktyabrın 3-dən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi barədə qərar imzayıb, bundan sonra qiymətlər 120% -dən çox artıb. Bu səbəbdən ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir.