Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi


Digərləri 30 Okt 2019 09:28:00 353 0

Bakıda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Bakıda bir ailə dəm qazından zəhərlənib.

Bakı. Samir Əli - Bakıda bir ailə dəm qazından zəhərlənib. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu gün saat 05:22-də Xəzər rayonu, Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvünün dəm qazından zəhərlənməsi barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olub. Dərhal Mərdəkan qəsəbəsi, İsgəndərov küçəsi, 48 ünvanına həkim briqadası göndərilib. Bir ailənin 4 üzvü - ata 35 yaş, ana 32 yaş, övladları, 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. (adsgarden = window.adsgarden || []).push({}); Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin