Karateçilər DÇ-dən 4 medalla dönürlər


İdman 29 Okt 2019 19:20:00 366 0

Karateçilər DÇ-dən 4 medalla dönürlər

Karate üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan milli komandası Çilinin paytaxtı Santyaqoda keçirilən XI dünya çempionatını 4 medalla başa vurub. 

Goal.az xəbər verir ki, 16-18 yaşlı gənclərdən ibarət millinin üzvləri Hüseyn Məmmədli (-61 kq) gümüş, Sultan Hüseynov (-55 kq), Hüseyn Hüseynzadə (-76 kq) və Polina Qurenko (-53 kq) isə bürünc medala sahib olub. 

Təsəlliverici görüşlərə qatılan Namiq Quliyev (+76 kq), Hümmət Baxşəliyev (-67 kq) və Murad Hacızadə (+84 kq) isə sonda medalçılar arasına düşə bilməyiblər.