Kannavaro işsiz qaldı


İdman 29 Okt 2019 18:30:00 438 0

Kannavaro işsiz qaldı

Çinin Guangzhou Evergrande klubu baş məşqçisi Fabio Kannavaro ilə yolları ayırıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, istefanın dəqiq səbəbi açıqlanmayıb. Guangzhou Evergrande son üç oyunda qələbə qazana bilməyib. Amma istefanın sırf bununla əlaqədar olması ehtimalı azdır. Məsələ burasındadır ki, sözügedən komanda hazırda Çin çempionatında liderdir.

Kannavaronun intizamsız davranışı və klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən qovulması ehtimalı daha yüksək qiymətləndirilir.

46 yaşlı italiyalı mütəxəssis Çin klubunda 2017-ci ildən baş məşqçi kimi çalışırdı. O, 2014/15 mövsümündə də sözügedən komandaya rəhbərlik etmişdi.