SOCAR-ın geoloji kəşfiyyat qayığında partlayışla bağlı CİNAYƏT İŞİ açıldı, istintaq qrupu yaradıldı


Digərləri 29 Okt 2019 18:01:00 414 0

SOCAR-ın geoloji kəşfiyyat qayığında partlayışla bağlı CİNAYƏT İŞİ açıldı, istintaq qrupu yaradıldı

Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Bakı. Samir Əli - Oktyabrın 29-da saat 13 radələrində paytaxtın Pirallahı rayonunun Gürgan qəsəbəsi yaxınlığında Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində Dövlət Neft Şirkətinin kiçik həcmli ekspedisiya qayığında partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin əməkdaşı Habil Məmmədov hadisə yerində vəfat etmiş, şirkətin digər əməkdaşları Azər Vəliyev, Bəhruz Paşayev və müqavilə əsasında xidmət göstərən qayıqçı Böyükağa Xəlilov müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərindən Trend-ə verilən birgə məlumata görə, hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq müalicə müəssisəsinə yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır. (adsgarden = window.adsgarden || []).push({}); Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun “961” nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Masallıda "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib like
  • 29 Okt 17:54  
Digərləri Masallıda "İnformasiya təhlükəsizliyi" mövzusunda seminar keçirilib

Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə ok

arrow Ətraflı
Deputatlarla belə əlaqə saxlaya bilərsiz... like
  • 29 Okt 17:44  
Digərləri Deputatlarla belə əlaqə saxlaya bilərsiz...

Azərbaycan Milli Məclisinin saytında seçicilərin deputatlarla əlaqə saxla

arrow Ətraflı
Ukraynalı futbolçunun həyat yoldaşı klub prezidenti oldu like
  • 29 Okt 17:43  
İdman Ukraynalı futbolçunun həyat yoldaşı klub prezidenti oldu

Caykur Rizespor-un futbolçusu Nikolay Morozyukun həyat

arrow Ətraflı
Qaradağda yaşayış binasında YANĞIN like
  • 29 Okt 17:39  
Digərləri Qaradağda yaşayış binasında YANĞIN

Bakının Qaradağ rayonunda dördmərtəbəli yaşayış binasında yanğın ol

arrow Ətraflı
PAŞA Bank valyuta mübadiləsi əməliyyatlarını 24/7 rejiminə keçirdi like
  • 29 Okt 17:36  
Digərləri PAŞA Bank valyuta mübadiləsi əməliyyatlarını 24/7 rejiminə keçirdi

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştəri məmnuniyyətin

arrow Ətraflı
Akın Akınözüdən like
  • 29 Okt 17:34  
Digərləri Akın Akınözüdən

''Hərcai'' serialı ilə ulduzu parıldayan Akın Akınözü, c

arrow Ətraflı
Oğuzda mağaza sahibi bazarda öldü like
  • 29 Okt 17:27  
Digərləri Oğuzda mağaza sahibi bazarda öldü

Oğuz rayonunda 78 yaşlı mağaza sahibi bazarda dünyasını dəyişib.

arrow Ətraflı
Fədayə Laçından növbəti AÇIQLAMA: “Yalandır” like
  • 29 Okt 17:24  
Şou-biznes Fədayə Laçından növbəti AÇIQLAMA: “Yalandır”

ARB TV-nin "Elgizlə İzlə" verilişində bu gün azadlığa çıxa

arrow Ətraflı
Real Beyllə yollarını ayıra bilər like
  • 29 Okt 17:21  
İdman Real Beyllə yollarını ayıra bilər

Real qış fasiləsində hücumçusu Qaret Beyllə yo

arrow Ətraflı
Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO) like
  • 29 Okt 17:20  
Digərləri Litvanın Xüsusi İstintaq Xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Litvanın Xüsusi İstintaq Xidmətinin baş direktoru Zidrinas Bartkusun rəhb

arrow Ətraflı
Sürücülərin NƏZƏRİNƏ like
  • 29 Okt 17:19  
Digərləri Sürücülərin NƏZƏRİNƏ

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı ş

arrow Ətraflı