Qarabağ-la oyun Fəhmin Muradbəyli üçün əlamətdar olub


İdman 29 Okt 2019 15:51:00 423 0

Qarabağ-la oyun Fəhmin Muradbəyli üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının IX turu “Səbail”in futbolçusu Fəhmin Muradbəyli üçün yubileylə əlamətdar olub.

Goal.az xəbər verir ki, 

“Qarabağ”la səfər qarşılaşmasında 100-cü matçına çıxıb.

Premyer Liqada 2014/15 mövsümündə “Neftçi”də debüt edən Fəhmin bu komandada 55, “Səbail”də 45 oyunun iştirakçısı olub. Hesabında 10 top olan 23 yaşlı yarımmüdafiəçi indiki klubunda 6, “ağ-qaralar”ın heyətində 4 qola imza atıb.