Lakazettin bəyəndiyi foto narazılığa səbəb oldu - FOTO


İdman 28 Okt 2019 17:09:00 377 0

Lakazettin bəyəndiyi foto narazılığa səbəb oldu - FOTO

Goal.az xarici mətbuata istinadən xəbər verir ki, fransız hücumçu, “instagram”da Arsenal-ın baş məşqçisi Unay Emeri və kapitan Qranit Cakanın əleyhinə edilən paylaşımı bəyənib.

Arsenal-ın futbolçusu Aleksandr Lakazettin sosial şəbəkədə bəyəndiyi paylaşım narazılığa səbəb olub.

“Troopzafc” istifadəçi adı olan bir Arsenal azarkeşi Crystal Palace-la oyundan (2:2) sonra “instagram”da Emerinin komandadan göndərilməsini və Cakanı bir daha “topçular”ın formasında görmək istəmədiyini yazıb. Lakazettin bu paylaşımı bəyənməsi İngiltərədə söz-söhbətə səbəb olub.

Lacazette 'liked' the critical social media post