"Bizə digər komandaların nəticələri lazım deyil" - Konte


İdman 28 Okt 2019 13:12:00 492 0

"Bizə digər komandaların nəticələri lazım deyil" - Konte

İnter-in baş məşqçisi Antonio Konte İtaliya A Seriyasının 9-cu turunda Parma ilə qarşılaşdıqları oyundan sonra fikirlərini bildirib.

Goal.az xəbər verir ki, İtaliya mətbuatına danışan Konte, 2:2 hesabıyla bitən oyunu belə şərh edib:

“Bizə digər komandaların nəticələri lazım deyil, özümüzə baxmalıyıq. İlk hissə bizim üçün uğursuz oldu. Parma düzgün şeylər edirdi, biz də onlara kömək etdik – sadə iki qol buraxdıq. Fasilədən sonra oyunumuzu düzəltdik və qələbəyə layiq idik.

Futbolçularımdan çox şey istəyə bilmərəm, çünki bu oyun, artıq 6 gün ərzində üçüncüdür. Demək olar ki, bütün oyunlara eyni heyətlə çıxırıq. Bunun müxtəlif səbəbləri var. Bundan heç də məmnun deyiləm”.