Stoltenberg İŞİD rəhbərinin ləğvini terrorizmlə mübarizədə vacib addım adlandırdı
Digərləri 27 Okt 2019 23:27:42 409 0
NATO-nun baş katibi Yens Stoltenberg, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib
Bakı,
NATO-nun baş katibi Yens Stoltenberg, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib.
Trend-in məlumatına görə, Yens Stoltenberg öz Twitter səhifəsində bunları paylaşıb: "ABŞ-ın Əbu Bəkr Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata dair hesabatı beynəlxalq terrorizmə qarşı mübarizəmizdə vacib bir addımdır. NATO ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizədə sadiq qalır" deyə Stoltenberg bildirib.
Qeyd edək ki, bundan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb.
(adsgarden = window.adsgarden || []).push({});
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az