Almaniyada sərxoş halda skuter sürən şəxsləri sürücülük hüququndan məhrum ediblər


Digərləri 27 Okt 2019 23:01:00 346 0

Almaniyada sərxoş halda skuter sürən şəxsləri sürücülük hüququndan məhrum ediblər

Almaniyada keçirilən Oktoberfest festivalı zamanı polis sərxoş vəziyyətdə elektrik skuterlərini idarə edən 500 nəfərə yaxın şəxsi saxlayıb. Bu il festival 16 gün davam edib və tədbirdə müxtəlif ölkələrdən təşrif buyurmuş 6,3 milyona yaxın pivə həvəskarı iştirak edib. Bu şəxslərdən 414 nəfəri sərxoş halda elektrik skuterlərini idarə etdiyinə görə saxlanılıb.

Son.az autograph.az-a istinadən bildirir ki, Almaniyada elektrik skuterləri nəqliyyat vasitələrinə bərabər tutulur və yerli hakimiyyət də onlara müvafiq şəkildə yanaşır. Skuter sahibləri isə əvvəlki kimi skuterləri avtomobilin tamhüquqlu əvəzləyicisi kimi deyil, oyuncaq kimi qəbul edirlər. Nəticədə, 414 saxlanılmış şəxsdən 254 nəfəri sürücülük vəsiqəsindən məhrum edilib.

"Deutsche Welle" nəşrinin bildirdiyinə görə, adi avtomobillərin sahibləri arasında da qayda pozanlar olsa da, onların sayı skuter sürənlərdən az olub. Polis 360 nəfəri saxlayıb və onlardan 215 nəfəri sürücülük hüququndan məhrum edilib.

(adsgarden = window.adsgarden || []).push({});