Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə


Digərləri 27 Okt 2019 23:10:00 297 0

Əvvəli küfr, axırı iman olan müqəddəs kəlmə

İmam Sadiqin (ə) dostlarından olan İbni Əbi Leyla nəql edir: "Bir gün Nəman Kufi ilə bir yerdə İmamın (ə) xidmətinə getmişdik və Həzrət (ə) onu görən kimi mənə buyurdu: "Bu şəxs kimdir?".

Dedim: "Kufə əhalisindən olan Nəman Kufidir ki, rəy və nüfuz sahibidir".

Həzrət (ə) buyurdu: "Həmin o kəsdir ki, öz rəy və nəzəri ilə əşyaları bir-biri ilə müqayisə edir?".

Dedim: "Bəli".

İmam (ə) üzünü Nəmana tutub buyurdu: "Ey Nəman! Başını bədəninin başqa üzvləri ilə müqayisə edə bilərsənmi?".

Nəman dedi: "Xeyr".

İmam (ə) buyurdu: "Yaxşı iş görmürsən. O kəlməni tanıyırsanmı ki, əvvəli küfr, axırı imandır?".

Nəman dedi: "Xeyr".

İmam (ə) buyurdu: "Göz suyunun şor olmasına, qulaq mayesinin acı olmasına, hulqumun rütubətli olmasına və ağız suyunun dadsız olmasına görə biliyin vardırmı?".

(adsgarden = window.adsgarden || []).push({});