Sofi Vilmes Belçikanın baş naziri təyin edildi


Dünya 27 Okt 2019 22:26:00 283 0

Sofi Vilmes Belçikanın baş naziri təyin edildi

Belçikalı siyasətçi Sofi Vilmes krallığın Baş nazirinin səlahiyyətlərini icra edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, müvafiq açıqlama bazar günü kral sarayının Twitter-dəki səhifəsində yerləşdirilib.

Qeyd edək ki, Sofi Vilmes Belçika hökumətinin başçısı rolunda olan ilk qadın olub. Daha əvvəl 44 yaşlı Sofi Vilmes Belçikanın maliyyə naziri vəzifəsini icra edib.