Belçikalı idmançı evtanaziya nəticəsində dünyasını dəyişdi


İdman 24 Okt 2019 11:13:00 411 0

Belçikalı idmançı evtanaziya nəticəsində dünyasını dəyişdi

2012-ci il London Yay Paralimpiya Oyunlarının araba ilə qaçış üzrə qalibi Marike Vervort evtanaziya nəticəsində dünyasını dəyişib. 

Goal.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, 40 yaşlı belçikalı qadın idmançı bu addımı müalicə olunmayan əzələ xəstəliyindən daimi ağrılar hiss etdiyi üçün atıb. O, dünyadan könüllü köçmək istəyini hələ 8 il əvvəl bəyan edib və müvafiq sənədləri imzalayıb. Bu prosedur Belçikada leqal sayılır.

Vervort sağ ikən ağrılar üzündən hər gecə cəmi 10 dəqiqə yata bildiyini söyləyib. 2014-cü ildə şam yeməyi hazırladığı vaxt onun epilepsiyası tutub. Nəticədə idmançı ayağından güclü yanıqlar alıb.

Qeyd edək ki, Marike Vervort Paralimpiya Oyunlarında 2 gümüş və 1 bürünc medal da qazanıb.