"El-klasiko" oktyabrda keçiriləcək - vaxtı dəqiqləşdi


İdman 23 Okt 2019 15:28:00 360 0

"El-klasiko" oktyabrda keçiriləcək - vaxtı dəqiqləşdi

La Liqanın 10-cu turundan təxirə salınmış Barcelona - Real matçının vaxtı dəqiqləşib.

Goal.az "Marca"ya istinadən xəbər verir ki, oktyabrın 26-da keçirilməsi nəzərdə tutulan, ancaq Kataloniyada baş verən etiraz aksiyaları səbəbindən təxirə salınan görüşün tarixi dekabrın 18-nə salınıb.

Bu barədə İspaniya Futbol Federasiyası qərar verib. Federasiya kubok oyunlarına görə klublara matçın dekabrın 18-də yox, 4-də keçirilməsini təklif etsə də, tərəflər buna razı olmayıb.