Qarabağ - APOEL matçında 30 minlik bayraq şousu olacaq


İdman 23 Okt 2019 10:37:00 420 0

Qarabağ - APOEL matçında 30 minlik bayraq şousu olacaq

 2 - 50 manata (VİP sektor üçün 70 manat) satılan biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall” və “28 Mall” (iticket satış məntəqəsi), “Park Bulvar AVM” (iticket satış məntəqəsi) ASAN 2, 3 (Yasamal, Amay t/m) və iTicket.az saytından onlayn şəkildə almaq mümkündür.

Qarabağ-ın  Bakıda Kipr APOEL-inə qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün 27 min bilet satılıb. Goal.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, satışda cəmi 3 min bilet qalıb. Qiyməti

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmada bayraq şousu təşkil ediləcək. Bunun üçün klub rəhbərliyi 30 min Azərbaycan bayrağı sifariş verib. Həmin bayraqlar oyun günü tribunalara düzüləcək.

Qarabağ - APOEL görüşü oktyabrın 24-də keçiriləcək və  saat 20:55-də başlayacaq. 

Xatırladaq ki, Qarabağ-ın Lüksemburqda Dudelange ilə keçirdiyi oyunda erməni təxribatı baş verib. Sözügedən qarşılaşmada meydana qondarma rejimin bayrağı gətirilib.