Mbappe Messiyə məxsus rekordu yenilədi


İdman 23 Okt 2019 09:25:00 343 0

Mbappe Messiyə məxsus rekordu yenilədi

PSG-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında Lionel Messinin rekordunu qırıb.

Goal.az xəbər verir ki, bu, UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda PSG-nin Belçikanın Brugge komandasını 5-0 hesabı ilə darmadağın etdiyi qarşılaşmada qeydə alınıb.

Qarşılaşmanın 52-ci dəqiqəsində parislilərin heyətində əvəzetmədən meydana çıxmış Kilian Mbappe het-trik edib.

Hücumçunun ikinci qolu turnirdə onun 15-ci dəfə fərqlənməsi olub. Mbappe bununla da Çempionlar Liqasının 15 qoluna imza atmış ən gənc (20 yaş, 306 gün) futbolçusu olub.

Daha əvvəl Çempionlar Liqasında bu nailiyyət 15 qol vurmuş Lionel Messiyə (21 yaş 28 gün) aid olub.