Qvardiola siyasətə qoşulmağı planlaşdırır


İdman 22 Okt 2019 19:25:00 338 0

Qvardiola siyasətə qoşulmağı planlaşdırır

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola siyasətə qoşulmağı planlaşdırır.

Goal.az xəbər verir ki, Qvardiola Kataloniya hökumətinə keçiriləcək seçkilərdə iştirak etmək niyyətindədir. Məlumata görə "Kataloniya üçün birlikdə” partiyası hökumət başçısı postuna namizədlər arasında Qavardiolanı da görür.

Kataloniyanın sabiq rəhbəri Karlos Puçdemona yaxın şəxslər də bu məlumatı təsdiqləyiblər. 48 yaşlı Qvardiolanın həyat yoldaşı və övladı Kataloniyada yaşayır.

Artıq bir müddətdir ki, Barselonada Kataloniyanın müstəqilliyi üçün etiraz aksiyaları keçirilir.