ABŞ şirkəti Ronaldonun "İnstagram" profilini icarəyə götürmək istəyir


İdman 22 Okt 2019 17:56:00 405 0

ABŞ şirkəti Ronaldonun "İnstagram" profilini icarəyə götürmək istəyir

Juventus-un və Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldoya ABŞ-dan təklif gəlib.

Goal.az xəbər verir ki, ABŞ-ın bir şirkəti portuqaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək niyyətindədir. Şirkətin Ronaldoya instaqramının 1 illik icarəsi üçün 100 milyon avro təklif etdiyi bildirilib. ABŞ mətbuatı 34 yaşlı oyunçunun bu təklifi dəyərləndirəcəyini iddia edib.

İnstaqramda 187 milyon izləyicisi olan Ronaldo son bir ildə bu sosial şəbəkədəki reklamlarından 44,1 milyon avro gəlir əldə edib.