La Liqa klubu baş məşqçini istefaya göndərdi


İdman 22 Okt 2019 17:12:00 379 0

La Liqa klubu baş məşqçini istefaya göndərdi

İspaniyanın Leganes klubu baş məşqçisi Maurisio Pelleqrinonu istefaya göndərib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı argentinalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında pozulub. Köməkçiləri də onunla birlikdə komandadan göndərilib. Leganes-ə hələ ki, ikinci komandasının məşqçiləri rəhbərlik edəcək.

Qeyd edək ki, Maurisio Pelleqrino 2018-ci ildən İspaniya təmsilçisinə rəhbərlik edib. Komanda hazırda La Liqada 9 turdan sonra 2 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.