Tyaqo Mottanın yeni iş yeri bəlli oldu
İdman 22 Okt 2019 16:50:00 390 0
PSG-nin sabiq futbolçusu Tyaqo Mottanın yeni iş yeri bilinib.
Goal.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi A seriyasında çıxış edən Genoa-da baş məşqçilik edəcək.
İtaliya mətbuatının yaydığı xəbərdə Motta ilə aparılan danışıqların son mərhələdə olduğu bildirilir.
Qeyd edək ki, 2012-2018-ci illərdə PSG-də forma geyinən Motta son olaraq Paris təmsilçisinin U-19 komandasına rəhbərlik edib. 30 dəfə də İtaliya millisinin formasını geyinən Motta hazırda işsizdir.
Mənbə: goal.az