Barcelona Atletico ilə barışdı


İdman 22 Okt 2019 16:28:00 298 0

Barcelona Atletico ilə barışdı

İspaniyanın Barcelona Atletico klubları aralarındakı soyuq münasibəti yoluna qoyublar.

Goal.az xəbər verir ki, Kataloniya klubu Madrid təmsilçisinə Qrizmanna görə daha 15 milyon avro ödəyərək, sülh bağlayıb. Həmçinin müdafiəçi Xose Ximenes və yarımmüdafiəçi Saulun transferində Barcelona söz haqqına sahib olacaq. Adıçəkilən futbolçulara başqa klublardan təklif gələrsə, Atletico bu barədə Barcelona-nı da məlumatlandırmalıdır.

Xatırladaq ki, klublar arasında problem yaranmasına səbəb Antuan Qrizmannın Atletico-dan transferi zamanı qanunsuzluğa yol verilməsi olub. Atletico Barcelona-nın transfer zamanı qayda pozuntusuna yol verdiyini düşünürək şikayət etmişdi. İspaniya Futbol Federasiyası kataloniyalıların Qrizmannla ilk olaraq mart ayında danışıq apardığını təsdiqləyib və bu üzdən klubu 300 avro məbləğində cərimələmişdi.

Qeyd edək ki, Barselona Antuan Qrizmannı bu yay 120 milyon avro müqabilində Atletico-dan alıb.

İspaniya Futbol Federasiyası 

Barcelona

-nı cərimələyib. 

Goal.az-ın məlumatına görə, buna səbəb Antuan Qrizmannın 

Atletico

-dan transferi zamanı qanunsuzluğa yol verilməsi olub.

Federasiya kataloniyalıların Qrizmannla ilk olaraq mart ayında danışıq apardığını təsdiqləyib və bu üzdən klubu 300 avro məbləğində cərimələyib. Atletico Barcelona-nın transfer zamanı qayda pozuntusuna yol verdiyini düşünürək şikayət etmişdi.