Borussia Dortmund İnter-lə oyuna 3 itki ilə çıxacaq


İdman 22 Okt 2019 16:13:00 398 0

Borussia Dortmund İnter-lə oyuna 3 itki ilə çıxacaq

Borussia Dortmund Çempionlar Liqasının qrup mərhələsinin III turunda İnter-lə qarşılaşacaq.

Goal.az klubun saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi sözügedən səfər qarşılaşmasına ciddi itkilərlə çıxacaq.

Borussia-da Marko Roys, Marsel Şmeltzer və Pako Alkaser zədə səbəbindən İnter-lə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, sabah keçiriləcək İnter – Borussia oyunu saat 23:00-da start götürəcək.