Yol vergisindən toplanacaq vəsait artacaq


Digərləri 21 Okt 2019 14:09:38 282 0

Yol vergisindən toplanacaq vəsait artacaq

Azərbaycanda gələn il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə yol vergisi üzrə daxilolmaların azalacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda gələn il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə yol vergisi üzrə daxilolmaların azalacağı gözlənilir. Trend-in məlumatına görə, bu, Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində öz əksini tapıb. Bu layihələrə əsasən, 2020-ci ildə dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə yol vergisi üzrə daxilolmaların 76 milyon manat olması nəzərdə tutulur. Bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 6 milyon manat və ya 7,3 faiz azdır. Azalmanın əsas səbəbi Azərbaycanın 2019-2021-ci illər üzrə təsdiq edilmiş yanacaq-enerji balansının proqnoz göstəricilərində ölkə daxilində istehsal olunan və daxili istehlaka yönəldilən avtomobil benzinin istehsal həcminin cari illə müqayisədə az proqnozlaşdırılmasının nəzərə alınması olub. (adsgarden = window.adsgarden || []).push({}); 2020-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinin xətti ilə yol vergisi üzrə daxilolmaların həcminin 45 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13 milyon manat və ya 40,6 faiz çoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin