"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum"


Digərləri 21 Okt 2019 14:01:00 261 0

"Kişilər fərsizdir deyə qızla sevgili olmuşdum"

"The Wrecking ball" mahnısı ilə qısa zamanda şöhrət qazanan müğənni Mayli Sayrus daha bir qalmaqallı açıqlama verib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, aktyor Liam Hemsvortdan ayrıldıqdan sonra lezbiyan münasibət yaşayan Mayli yenidən kişi ilə sevgili olub.

Keçmiş sevgilisi Ketlin Karter ilə münasibətinə son qoyduqdan sonra özünə yeni sevgili tapan Mayli şəxsi həyatı ilə bağlı etiraflar edib.

O bildirib ki, kişilər onu incitdiyinə görə, lezbiyan olmaq qərarına gəlib. Lakin indi münasibətdə olduğu şəxs onun düşüncələrini dəyişdirib.

"Mən hər zaman düşünürdüm ki, gey olmalıyam. Çünki elə bilirdim, kişilərin hamısı pis xarakterlidirlər. Amma bu doğru deyilmiş. Qızlara səslənərək deyirəm ki, bu səbəbə görə gey olmağa ehtiyac yoxdur, ətraf yaxşı oğlanlarla doludur, sadəcə, düzgün insanı tapmaq lazımdır".

(adsgarden = window.adsgarden || []).push({});